Erməni hərbçisi itkin düşüb: Nazirlik faktı təsdiqlədibackend

Erməni hərbçisi itkin düşüb: Nazirlik faktı təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyi bir hərbçisinin itkin düşməsi ilə bağlı məlumatı təsdiqləyib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verior ki, bu, “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyanın sorğusuna cavab olaraq məlum olub. Həmin hərbçi ötən il noyabrın 12-də Naxçıvanla sərhəddə itkin düşüb.

“Müqaviləli hərbçi Vaqe Manukyanın yoxa çıxmasının təfərrüatı məlum deyil. Müdafiə Nazirliyi bu barədə heç nə demir. Mən bunu Vayots Dzorda olarkən, üstəlik, təsadüfi söhbət zamanı bildim”, – deyə deputat qeyd edib.

“Mən Müdafiə Nazirliyinə sorğu göndərirəm, ikinci cəhddə Müdafiə Nazirliyi təsdiqləyir. Mən İstintaq Komitəsinə də məktub göndərdim, oradan bildirdilər ki, Ermənistan Cinayət Məcəlləsinin 361-ci maddəsinin 1-ci hissəsi – fərarilik – hərbi hissəni və ya hərbi xidmət yerini özbaşına tərk etmə maddəsi ilə cinayət işi başlanıb. hərbi xidmətdən yayınmaq, eləcə də eyni məqsədlərlə xidmətə gəlməmək”, – deyə Tiqran Abramyan özünün feysbuk səhifəsində yazıb.