Erməni həyasızlığı: indi də sərhəd davasına qalxırlar – VİDEObackend

Erməni həyasızlığı: indi də sərhəd davasına qalxırlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafan və Sünik (Zəngəzur) sakinləri etiraz aksiyası keçirir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Qafandan Sünikə gedən yolu bağlayıblar.

Onlar Zəngəzur istiqamətində sərhəd dəqiqləşməsindən sonra Qafan yolunun Azərbaycanın nəzarətinə keçməsindən “narahatlıqlarını” bildiriblər.

Sakinlər ərazini tərk etməyəcəklərini, lazım olsa, silah götürəcəklərini deyiblər.

Qeyd edək ki, sərhəd dəqiqləşməsindən sonra Qafan yolu və Qafan aeroportunun bir hissəsi Azərbaycan Ordusunun lap yaxınlığına düşür və ölkəmizin nəzarət zonasına daxil olur. Bundan isə ermənilər guya narahatdırlar. Məqsəd isə sözügedən əraziləri mənimsəmək, sərhədin bərpasına imkan verməməkdir.

Xatırladaq ki, sərhəd rayonlarımız işğalda olarkən Ermənistan sərhədi istədiyi kimi dəyişib və Azərbaycanın ərazilərini qəsb edib. İndi sərhədin bərpası barədə Ermənistana xəbərdarlıq edilib və sərhəd geri çəkilərkən, ermənilər vay-şüvən salmağa başlayırlar. Belə ki, uzun illər istismar etdikləri Azərbaycan torpaqlarından əl çəkmək istəmirlər.