“System of Down” qrupunun erməni əsilli solisti Serj Tankyan Amerikanın “Imagine Dragons” rok qrupunu Bakıda keçiriləcək konsertini ləğv etməyə çağırıb.
NOCOMMENT.az xəbər verir ki, o, “Instagram” hesabında qrup üzvlərinə müraciət edib.
S. Tankyan “Qarabağda 120 min insanı acından öldürdüyünü” əsas gətirib.
“Humanitar böhranın kəskinləşməsi ilə əlaqədar” məktubunu dərc edən solist “Imagine Dragons”u az qala şantaj edib: “Bu düzgün deyil”.