Erməni katalikosu: Ermənistan heç vaxt belə ağır duruma düşməyibbackend

Erməni katalikosu: Ermənistan heç vaxt belə ağır duruma düşməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni dövlətçiliyini itirmək təhlükəsi həmişə var”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu bütün ermənilərin katolikosu II Qaregin yanvarın 28-də hərbi Yerablurqəbiristanlıqda jurnalistlərlə söhbətində bildirib.

Ermənistan dövləti və dövlətçiliyinin itirilməsi təhlükəsinin olub-olmaması barədə sualı cavablandıran baş keşiş deyib: “Allah eləməsin, ancaq təhlükə həmişə var”.

II Qaregin deyib ki, Ermənistan heç vaxt belə ağır duruma düşməyib. Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbinin qüvvədə olduğunu vurğulayan katolikos bildirib: “Belə yerdə siyasi mövzuya toxunmaq istəməzdim. Ancaq sual verildiyinə görə – bizim məsələyə yanaşmamızda dəyişiklik yoxdur”.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum siyasi quruluşlardan üstü təşkilatdır: “Ümumerməni kilsəsinin baxışları siyasi qüvvələrdən birinin mövqeyi ilə üst-üstə düşürsə, bu, bizim tərəflərdən birini müdafiə etməmiz demək deyil”.

II Qaregin qəbiristanlığa Ermənistan rəhbərliyindən ayrıca gəlməsinin səbəbinə aydınlıq gətirərək deyib: “Hakimiyyət məni bugünkü planı ilə bağlı məlumatlandırmayıb”.