Erməni katolikos eks-prezidentləri bir araya gətirirbackend

Erməni katolikos eks-prezidentləri bir araya gətirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın üç sabiq prezidenti – Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyanın birgə görüşü keçirləcək. Bu gün və ya sabah baş tutacaq görüşün bütün ermənilərin katolikosu II Qareginin vasitəçiliyilə keçiriləcəyi gözlənilir.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzetinin məlumatında deyilir.

Eks-prezidentlərin Eçmiədzin Kilsəsində görüşəcəyi bildirilir.

“Mövzu məlumdur: Ermənistanın çətin vəziyyəti və bu vəziyyətdən çıxış yollarının axtarışı”, – deyə qəzet yazıb.

“Hraparak” onu da bildirib ki, Ermənistan ictimaiyyətinin bir hissəsi bu sabiqlərin hakimiyyət dəyişikliyi həyata keçirib, ölkənin idarəçiliyini ələ alacağına böyük ümid bəslədiyi halda, ekslərin məsələyə münasibəti fərqlidir.

Belə ki, Robert Köçəryan və Serj Sarkisyan hazırkı Paşinyan iqtidarını qətiyyətlə rədd edərək, onun devrilməsində maraqlıdır, amma Levon Ter-Petrosyan belə düşünmür.

“Levon Ter-Petrosyan qarşıdurmaya getsək və Azərbaycanla sülhə razılaşmasaq, Ermənistanın hansı təhlükələrlə üzləşəcəyini başqalarına izah etməyi qarşısına vəzifə qoyub və buna görə də ictimaiyyəti mövcud hakimiyyətə dəstək olmağa inandırmaq istəyir”, – deyə məlumatda qeyd edilir.