Erməni katolikosdan sərsəm bəyanatbackend

Erməni katolikosdan sərsəm bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kilikiya katolikosu I Aram 2021-ci ili “artsax ili” elan edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə katalikos özünün feysbuk profilində paylaşım edib.

2003-cü ildən başlayaraq din xadimi hər ili erməni tarixi, mədəniyyətilə bağlı il elan edir. Qarşıdakı ili isə “artsax ili” elan edib.

Ermənişünas alim İsmayıl Tanrıverdi məsələyə münasibət bildirib.

“Klikiyada oturub ermənilərə göstəriş verən, xalqının, ölkə başçısının acı məğlubiyyətindən utanmayan bu “din xadimi” indi də 2021-ci ili “artsax ili” elan edib.

Bir ölkənin ki dini lideri öz xalqını bilərəkdən qonşu ölkənin torpaqlarını işğal etmək üçün səfərbər olmağa çağırır, ondan və ya o xalqdan nə gözləyəsən? Yəqin ki, bu çağırışın mənasının nə olduğunu izah etməyə ehtiyac yoxdur.

Bu, erməni xalqının günahıdır ki, özünə düzgün “lider” və ya “dini lider” seçməyib”, – deyə İ.Tanrıverdi bildirib.