Erməni KİV: 24 hərbçinin meyiti Azərbaycan tərəfdə qalıbbackend

Erməni KİV: 24 hərbçinin meyiti Azərbaycan tərəfdə qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən sərhəddə baş verən gərginlik zamanı 2 döyüş mövqemiz itirilib, 1 hərbçimiz ölüb, 13 hərbçi əsir düşüb, 24 hərbçinin isə taleyi barədə məlumat yoxdur”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Erməni mətbuatı isə bildirir ki, ölü sayı 20-yə yaxındır və taleyi naməlum qalan 24 hərbçinin meyiti Azərbaycan tərəfdə qalıb.

Həmçinin “WarGonzo” layihəsinin müəllifi Semyon Peqov özünün teleqram kanalında məlumat paylaşıb ki, dünənki döyüşlərdə Ermənistan tərəfində itkin olduğu bildirilən hərbçilər arasında ölənlər də var və onların cəsədləri döyüş bölgəsində qalıb: “Hazırda həmin bölgələr Azərbaycan nəzarətində olduğu üçün cəsədləri çıxarmaq mümkün deyil”.

Xatırladaq ki, Semyon Peqov artıq döyüşlərin getdiyi İşəxənasar (İşxanadzor) ərazisindədir.