Erməni KİV: Paşinyan dostunu nazir təyin etmək istəmirbackend

Erməni KİV: Paşinyan dostunu nazir təyin etmək istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə yenidən qurulmaqda olan Daxili İşlər Nazirliyinə dostu, indiki polis rəisi Vaqe Kazaryanın rəhbərlik etməsini istəmir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrindən məlumat yayıb.

Nəşrin yazdığına görə, Baş nazirin Kazaryanın sədaqətinə heç bir şübhəsi yoxdur, lakin problem ondadır ki, o, siyasətçi deyil, natiqlik qabiliyyətinə malik deyil və “fövqəlnazirliyə” rəhbərlik edə bilməz.

“Daxili işlər naziri isə müsahibələr verməli, hökumətin və parlamentin iclaslarında çıxış etməli olacaq. Kazaryan bu cür qabiliyyətlərdən məhrumdur”, – deyə qəzet yazıb.

“Hraparak”ın məlumatına görə, ən uyğun namizəd Fövqəladə Hallar Nazirliyinin hazırkı rəhbəri Armen Pambuxçyandır.

Daxili İşlər Nazirliyinin tərkibinə Fövqəladə Hallar Nazirliyi, polis və xilasetmə xidməti daxil olacaq, onların rəisləri nazir müavinləri olacaq. İstənilən halda Kazaryan polisə rəhbərlik etməyə davam edəcək.