Erməni KİV: Paşinyan və Akopyan elə yerdə gizləniblər ki…backend

Erməni KİV: Paşinyan və Akopyan elə yerdə gizləniblər ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün Ermənistan bu günlərdə Nikol Paşinyanı və onun ailə üzvlərini axtarır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

“Şübhəsiz ki, onu qəzəbli etirazçıların əlinə vermək olmaz, lakin vətəndaşların Baş nazir vəzifəsini tutan şəxsin harada olduğunu bilmək hüququ var”, – deyə qəzetdə bildirilib.

Qəzet yazır ki, Paşinyanın videomüraciətlərinə əsasən, yerləşdiyi otağın kifayət qədər aşağı tavanı var, heç bir əşya görünmür, pəncərə yoxdur. Aydındır ki, o, telefonu elə qoyub ki, otaq görünməsin və insanlar harada olduğunu anlamasınlar.

“Bizim mənbəmiz bildirib ki, Paşinyan Müdafiə Nazirliyinin binasında, özünü daha təhlükəsiz hiss etdiyi bunkerdədir. Ailə üzvlərinə gəlincə isə belə bir fikir var ki, Paşinyanın qızları Məryəm və Şuşan təxminən bir həftə əvvəl Ermənistanı tərk edib, Kanadadadırlar. Baş nazirin arvadı Anna Akopyanın yeri də gizli saxlanılır. Məlumata görə, o Gorusda idi, lakin daha sonra açıqlama verərək Gorusu tərk etdi. Ehtimal olunur ki, oğlu və kiçik qızı da Akopyanın yanındadır”, – deyə materialda qeyd olunub.