Erməni lobbisi hərəkətə keçdi: ABŞ-da Qarabağ “sənədi”…backend

Erməni lobbisi hərəkətə keçdi: ABŞ-da Qarabağ “sənədi”…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Laçında sərhəd keçid məntəqəsi quraşdırmasından sonra ABŞ-dakı erməni lobbisi hərəkətə keçib.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatasındakı erməni lobbisi Qarabağın müstəqilliyinin tanınması ilə bağlı sabah qanun layihəsi təqdim etməyə hazırlaşır.

Qanun layihəsinin müəllifi amerikalı demokrat konqresmen Adam Şiffdir. O, bu layihənin qəbul ediləcəyi təqdirdə ABŞ-ın Qarabağdakı ermənilərin öz müqəddəratını təyinatını dəstəkləmiş olacağını bildirib. Şiff həmçinin Bakıya son addımı ilə bağlı təzyiqlərin artırılması gərəkdiyini və bunun üçün bütün konqresmenlərlə ortaq fəaliyyət aparmağa çalışacağını deyib.

Qeyd edək ki, Şiff erməni lobbisinin ən fəal üzvü sayılır. O, Konqresdə lobbinin fəaliyyətini gerçəkləşdirməklə yanaşı, Bayden administrasiyasında da yaxşı əlaqələrə sahibdir.