KoronaVirus İnformasiya Portalı
Erməni mahnısı oxuduğu iddia olunan müğənnidən VİDEO AÇIQLAMAbackend

Erməni mahnısı oxuduğu iddia olunan müğənnidən VİDEO AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür ki, sosial şəbəkələrdə erməni mahnısını oxuduğu iddia olunan müğənninin videosu yayımlanaraq, qınaq obyektinə çevrilib və təhqirlərə məruz qalıb.

NOCOMMENT.az-a daxil olan məlumata görə, həmin müğənni Luna Əliyeva qarşılaşdığı xoşaglməz video ilə bağlı geniş video açıqlama verib.Luna bildirib ki, video şantaj xarakterlidir və tamamilə montaj olunub.

Bunun ona qarşı təxribat xarakterli olduğunu deyən müğənni, videonu yayımını təşkil edən şəxslərin onun keçmiş prodüseri Elvin Nəsib və dostları olduğunu qeyd edib.

Luna məsələ ilə bağlı sosial media üzərindən şərəf və ləyaqətinin alçaldılmasına görə, o cümlədən, təhqir və böhtanla bağlı hüquqlarının bərpa olunması üçün hüquq mühafizə orqanlarına müraciət etdiyini söyləyib.