Erməni mediası QİSAS haqqında: Artıq çıxılmaz vəziyyətdəyikbackend

Erməni mediası QİSAS haqqında: Artıq çıxılmaz vəziyyətdəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu günlərdə Azərbaycanla gərginlik yaşayırıq, amma Ermənistan hakimiyyətinin səsi eşidilmir”.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

Ermənistan mediası baş nazir Nikol Paşinyanı hədəfə alaraq, onunla bağlı tənqidi mövqe sərgiləyib.

“Görünən odur ki, Baş nazir Nikol Paşinyan hələ də məzuniyyətdədir, istirahətindən zövq alır. Orada isə Ermənistan oğulları məhv olurlar. Müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi qurum səssizliyə qərq olub. Digər rəsmilər isə “sakit” oturublar.

2016-cı ildən sonra bu günə çox şey dəyişib və biz 75 faiz ərazi itirmişik. Bu hadisələrin hamısı Paşinyanın hakimiyyəti dövründə baş verib. Biz artıq çıxılmaz vəziyyətdəyik”, – “Joğovurd”un yaydığı məlumatda deyilir.

Qeyd edək ki, ötən gün Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keçirilib. İlkin məlumata görə, əməliyyat nəticəsində bir neçə terrorçu məhv edilib, 19 silahlı yaralanıb.

Antiterror əməliyyatına Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti dəfə atəşkəsi pozmasından sonra başlanılıb.