Erməni mifi Ali Baş Komandanın taktikası nəticəsində darmadağın oldu – Eldar Sabiroğlubackend

Erməni mifi Ali Baş Komandanın taktikası nəticəsində darmadağın oldu – Eldar Sabiroğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan ağlını itirib. Buna artıq söz ola bilməz. Sərsəm, şüursuz hərəkətləri və olmayan idarəetmə qabiliyyəti göstərir ki, hakimiyyətdən tezliklə öz xoşu ilə uzaqlaşmazsa xalqını daha bəlalı günlərə salacağı qaçılmazdır.

Erməni ordusunun savaş aparmağa gücü demək olar ki, qalmayıb. Çıxış yolu kimi altı bənddən ibarət yeni və uğursuz səfərbərlik qərarı ilə çarəsiz vəziyyətə düşdüyünü təsdiq edən bu faşistin mülki əhalinin dəstələr şəklində qruplaşaraq müharibəni davam etdirmək çağırışına diqqət yetirin. Ümidlərinin tamamilə puça çıxdığını hiss edən bu paranoik xəstəsinin ölkə rəhbərliyində qalması nəinki öz xalqına və Cənubi Qafqaz regionuna təhlükədir, ümumiyyətlə, bütün dünya üçün əngəldir. Ona görə də nə qədər gec deyil, o, layiq olduğu cəzaya məhkum edilməlidir. Bu gün qəbul etdiyi qərarı bir gün sonra ya dəyişir, ya da ona elə əlavələr edir ki, sadəcə təəccüb etməyə bilmirsən. Görəsən, onda iynənin ucu qədər ağıl var, ya yox!

Düşmən əsgəri silahı yerə qoyaraq döyüşdən imtina edir. Belə vəziyyətdə başı xarab baş nazir mülki əhalinin silahlanaraq müharibə aparmasından başqa digər variantın qalmadığını həyasızcasına millətinin şüuruna yeridir. Azərbaycanın iradəsi hamıya bəllidir. Əgər buna əməl edilərsə Ermənistan müharibənin paytaxtda doğru irəliləməsinin önünü alar.

Yoxsa günbəgün artan döyüş gərginlikləri düşmənin hərbi-siyasi mövcudluğunu tamamilə sıradan çıxararaq dövlət sistemini altını üstünə çevirəcəkdir. Yeganə çıxış yolu vaxt itirmədən ərazi bütövlüyümüzü tanımaq barədə rəsmi bəyanatla həm Azərbaycana, həm də beynəlxalq birliyə müraciətinə söykənir. Prezident İlham Əliyevin irəli sürdüyü bu ideya Ermənistanın xilası üçün ən diqqətəlayiq təşəbbüsdür və bundan sonra danışıqlar masası arxasında oturub problemin müzakirəsinə başlamaq mümkündür. Əks təqdirdə Ordumuz geniş hücum əməliyyatlarını davam etdirərək Ermənistanın hərbi-iqtisadi-sosial infrastukturlarına dağıdıcı zərbələr endirmək hüququnu özündə saxlayır.

Artıq nə Qərb, nə Rusiya Ermənistanın ağılsız iddiaları ilə bölüşmürlər. Putinin Minsk Qrupunda müəyyən(!) dəyişikliklər barədə mövqe nümayiş etdirməsi göstərir ki, quruma yeni ölkənin və Azərbaycanın maraqlarına uyğun yeni dövlətin cəlb edilməsi qısa müddətdə öz həllini tapacaqdır. Demək ki, Ermənistan yaxın müttəfiqləri ilə münasibətlərdə də etibar və inamı itirmək üzrədir.

Misal olaraq Zatulin kimi ermənipərəst rusiyalı deputatın adını da bura əlavə edərdim. Onun DQ-la əlaqədar Azərbaycana qarşı sərt yanaşmalarına yumşaqlıq gətirməsi işğalçı dövlətin siyasətinin tənəzzülə uğradığına daha bir təkzibedilməz sübutdur.

Ermənilər özləri artıq baş nazirlərini yarıtmaz fəaliyyətinə görə ciddi surətdə ittiham edirlər. Ulturamillətçi baxışları ilə məşhurlaşan kino-rejissor Karen Şahnazarov belə əvvəlki haqsız və qərəzli möqeyindən geri çəkilməyə başlayıb. Azərbaycanın ərazi bütövlüyünü rəsmi İrəvanın tanımasından başqa yolu qalmadığını Rusiyanın nüfuzlu televiziya kanallarından səsləndirən və erməni şovinizminin çiçəklənməsinə böyük töhfələr verən Şahnazarovun Nikolu istefaya çağırması Ermənistanda vəziyyətin təsəvvür etdiyimizdən də ağır durumda olduğuna diqqətimizi çəkir. Məsələ təkcə bununla bitərsə, Paşinyan olmayan papağını göyə atsın.

Həyatı ölüm təhlükəsi ilə üz-üzə dayanıb. Daxili qarşıdurmalar, çəkişmə və klan davaları Paşinyanın faciəvi çöküşünü yaxınlaşdırır. Bir sözlə, ehtimal çox yüksəkdir. Havaya sovrulan ümidlərin yerini doldurmaq üçün yeni hərbi-siyasi ünvanlar axtarışına düşən erməni faşistinin bu gedişində də məyusedici nəticələrlə qarşılaşdırıb. Dünya Paşinyanın ağılsız hərəkətlərindən tam bezib, yaxın düşən yoxdur. Bəs erməni mifi harada gizlənib, niyə meydana çıxmır?! İndiyədək onu danışdıran, arxasında dayanan canavar vardı. Yerini tülküyə verib geri durdu.

Erməni qədər qorxaq və xain millət bir də özüdür. Dostluq, səmimiyyət, humanitar yanaşma tərzi yaddır bu millətə! Öz mövcudluğunu saxta, yalan və uydurma tarix üzərində səlnaməyə çevirən erməni mifi Ordumuzun və Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli müharibə taktikası nəticəsində darmadağın oldu.

Nikol güvəndiyi qüvvənin hesabına pişik kimi atılıb-düşərdi. İndi yalvarır. Ermənini dünyada ala itdən məşhur edən də məhz bu peşəkar hiyləgərliyi idi. Döyüş gedir, qırılır, ölür, şikəst olurlar, lakin yenə də yalan və uydurmalar üzərində qanadlanan erməni bicliklərindən əl çəkmirlər. Yaxın bir neçə gündən sonra Ermənistan və Dağlıq Qarabağ ermənilərinin bir-birlərini didib parçalamaq səhnəsini müşahidə edə biləcəyik. O qədər xəbis millətdir ki, içindən çıxan və başqa regiona məxsus başqa birisinin ağalığını belə yaxına buraxmır. Klanlararası savaşın açıq müstəviyyəyə keçməsi labüd görünür.

İrəvan şəhəri Baqramyan prospekti 47-də yerləşən keçmiş Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin divarlarını deşib yerə tökən klan davalarının daha güclü və amansız şəkil alacağına şübhəm yoxdur. Bu ünvanda oturanlar hakimiyyət dəyişikliyi uğrunda mübarizəni elə acgözlüklə aparırlar ki, sanki dünyanın axırı gəlib çatıb.

Bütün şovinist ideyalar və millətçi planlar bu binada hazırlanıb ictimai rəyin ixtiyarına verilirdi. Türkü görmək belə istəmirdilər. İşimlə əlaqədar Mərkəzi Komitənin büro iclasında olarkən Karen Demirçiyanın od püskürən baxışları məni körpəsindən böyüyünə qədər erməniyə nifrət üzərində köklədi. Ürəyimdə o söyüş qalmadı ki, Demirçyana deməyim… Başqa nə edə bilərdim ki!?

1983-cü ildə 26 yaşında cavan bir oğlan idim. “Sovet Ermənistanı” qezetinin partiya-sovet quruculuğu şöbəsinə təsdiq edilməm üçün Mərkəzi Komitəyə dəvət almışdım. Bu şöbə MK bürosunun nomenklaturasında olduğuna görə buronun təsdiqindən keçməliydim. Nəhayət, növbəm çatdı və məni büro iclası gedən otağa çağırdılar. İlk andaca Karen Demirçyanın gözlərimin içinə baxdığını hiss etdim. Deyim ki, həyacan keçirmirdim, yalan olardı…

Saxta gülüşlə məndən ermənicə soruşdu: “Turki dığa, şad yerdasartes. Qarağos aşğades”. Tərcüməsi belədir: “Türkün oğlu, çox gəncsən, işləyə bilərsənmi?” Büroda məni türk adlandırması daxilən içimdə böyük bir sevinc yaratdı. Cavab verdim ki, “inqer Demirçiyan, qaroğem”. Yəni yoldaş Demirçiyan, bacararam. Barmağı ilə məni yanına çağırdı və sonra üzünü büro üzvlərinə tutaraq bunun millətçi olduğu barədə məlumatınız yəqin yoxdur. Amma neyləməli, təsdiq edək… Gəlməsəydi daha yaxşı olardı. Baş redaktor Cahangir Əlievin qurduğu işdir. Üzünü ideoloji katib Qalstyana turaraq bir daha bu millətçi türkü tədbirdə görməyim. Çıx get burdan. Bir daha bu binanın həndəvərinə buraxılmadım.

Əslən Leninakandan olan, lakin babaları Qukasyan rayonundan köçüb Ermənistanın ikinci şəhəri Leninakanda məskunlaşmışdılar. Qarabağlılara sonsuz nifrəti vardır. Ermənistan klanının başçısı yüksək vəzifələrə demək olar ki, bir qarabağlını təyin etməzdi.

Klanlar arasında gedən müdhiş və kəskin döyüşlər Demirçiyanın dövründə daha barışmaz və daha açıq səviyyəyə yüksəlmişdi. Qarabağlılar onun oğlunun yaratdığı siyasi partiya ilə fəaliyyətini həzm edə bilmədilər. Hazırda Paşinyana qarşı da keçmiş qarabağlı prezidentlər eyni məntiqlə mübarizə aparırlar. Çevriliş planını hazır görünür. İstənilən anda gündəmə daşınması mümkündür.

Qarabağlı klan Karen Demirçyanı parlamentdə iclas gedə-gedə tribunada güllələyib meyidini yerə sərdilər. Nəhayət, təşkilatçılar və bu dövləti cinayətin xəritəsini çəkən Qarabağ klanının prezidentlik müddəti bitmədən Ter-Petrosiyanın iştirakı ilə Gorusda keçirdikləri toplantıda onu istefaya məcbur etdilər. Beləliklə, Rusiya prezidenti Yeltsinin müdaxiləsi ilə baş tutan hakimiyyət dəyişikliyi Qarabağ klanının xeyrinə reallaşdı.

Prezident Putinin çalışdığı da budur ki, Gorusdakı tarixi hadisə təkrar olunsun və Robert Koçaryan Ermənistan prezidenti olaraq yenidən dövlətin başına gətirilsin. Xocalı qətliamının təşkilatçısı və günahsız insanların öldürülməsində bilavasitə iştirak edən bu qatilə Putinin sevgisi haradandı görəsən?

ELDAR SABİROĞLU

KEÇMİŞ MİLLƏT VƏKİLİ, EHTİYATDA OLAN POLKOVNİK

NOCOMMENT.AZ