Erməni milyarder ailəsini də Xankəndiyə gətirdibackend

Erməni milyarder ailəsini də Xankəndiyə gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 5-də Qarabağdakı separatçıların dövlət naziri vəzifəsinə təyinat alan Rusiyadan gəlmiş erməni milyarder Ruben Vardanyan ailəsini də Xankəndiyə yerləşdirib.

NOCOMMENT erməni teleqram kanallarına istinadən xəbər verir ki, R.Vardanyan dünən arvadı və kiçik oğlunu Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan keçmiş Əsgəran rayonu ərazisinə – Xocalı rayonunun kəndlərinə gəzintiyə çıxarıb.

Milyarder həyat yoldaşı Veronika və kiçik oğlu Georgi ilə ermənilərin Astqaşen adlandırdığı Daşbulaq kəndində salınmış üzüm bağları ilə tanış olub. Burada onları biznesmen-investor Arman Akopcanyan müşayiət edib.

Ruben Vardanyan bildirib ki, 20 hektar ərazisi olan bağ bütün müasir kənd təsərrüfatı standartlarına uyğun salınaraq becərilir, damcı suvarma sistemi ilə suvarılır. Bir neçə ildən sonra bu bağdan bol məhsul yığacaqlarını, onu beynəlxalq bazara çıxaracaqlarını bildirib.