Erməni müxalifəti mandatdan niyə imtina etmir?backend

Erməni müxalifəti mandatdan niyə imtina etmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mandatımdan imtina etməyəcəyəm”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistan Milli Məclisində “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan bildirib.

“Daşnaksütyun Partiyasının ali orqanı qərar verib ki, “Ermənistan” fraksiyasının bütün deputatları parlamentin işində iştiraklarını davam etdirəcəklər. Qısası, partiyanın qərarı olanda artıq şəxsi seçimlərin mənası qalmır. Ona görə də mandatımdan imtina etməyəcəyəm”, – deyə Saqatelyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, əgər mandatlardan imtina etmək barədə qərar qəbul edilsəydi, məclisdəki Daşnaksütyun Partiyasının üzvləri eyni addımı atardılar.

Xatırladaq ki, bir neçə gün əvvəl eyni fraksiyaya daxil olan Dirçələn Ermənistan partiyasının üzvləri məclisdə mandatlarından imtina etmişdilər.