Erməni müxalifəti parçalandı: Köçəryan daşnaklarla birləşirbackend

Erməni müxalifəti parçalandı: Köçəryan daşnaklarla birləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Ermənistan müxalifətinin liderləri görüş keçiriblər.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, görüşdə Robert Köçəryan, Serj Sarkisyan, Qaqik Tsarukyan, Artur Vanetsyan, İşxan Saqatelyan və Vazgen Manukyan iştirak ediblər. Görüşdə əsas müzakirə mövzusu növbədənkənar parlament seçkisi olub.

İclasda iştirak edən Manukyan seçkidə iştirak etməyəcəyini və küçə mübarizəsini davam etdirəcəyini bildirib. O, müxalifətin Paşinyana qarşı bütün resursundan istifadə etmədiyini söyləyib. Onun sözlərinə görə, müxalifətin daxilində bəzi qüvvələr hökumətlə danışıqlara gedərək, hesablaşdığı üçün hərəkat uduzub.

Qəzet Daşnaksutyunla Robert Köçəryandan başqa bütün partiyaların seçkiyə təkbaşına getmək istədiklərini yazıb. Buna görə də Daşnaksutyunla Köçəryanın seçkiqabağı blok formalaşdıracağı vurğulanıb.