Erməni müxalifəti: Sentyabrdan mübarizə yeni nəfəs və ruh alacaqbackend

Erməni müxalifəti: Sentyabrdan mübarizə yeni nəfəs və ruh alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müxalifət sentyabrda parlamentə gedəcək, amma öz gündəmi ilə. Çünki bu məsələ ilə bağlı mövqedə dəyişiklik yoxdur”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə müxalif “Daşnaksutyun” Partiyasının Ali Orqanının nümayəndəsi İşxan Saqatelyan məlumat verib.

Onun sözlərinə görə, hökumət deputatlarının gündəliyi heç də erməni xalqının maraqlarına xidmət etmir və müxalifətin bütün təşəbbüsləri boykot edilib:

“Ölkədə parlament böhranı, siyasi böhran var və onlar müxalifəti başqa qanunsuz və konstitusiyaya zidd yolla mandatlarından məhrum etməyə çalışsalar, ölkədə həm də tam konstitusiya böhranı yaranacaq. Onlar müxalifətlə şantaj dili ilə danışa bilməzlər”.

O, parlament iclaslarının boykot edilməsini haqlı sayır: “Hökumətin “Artsax”la bağlı ritorikası hərəkatın sayəsində dəyişdi, lakin bu hələ də nailiyyət deyil. Hazırda “Müqavimət” hərəkatı təşkilati işlər mərhələsindədir və sentyabrdan mübarizə yeni nəfəs və ruh alacaq”.