Erməni müxalifətindən növbəti çağırış: Bu bayram günündə…backend

Erməni müxalifətindən növbəti çağırış: Bu bayram günündə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün qadınları İrəvan şəhərindəki Baqramyan prospektinə dəvət edirik. Buradan Yerablur hərbi panteonuna getməyi planlayırıq”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, 17 siyasi partiyanı birləşdirən müxalif Vətənin Xilası Hərəkatı 8 mart günü də qadınları Paşinyan hökumətinə qarşı küçələrə çıxmağa dəvət edib.

Hərəkatın mesajında qeyd edilib ki, 8 Mart – Beynəlxalq Qadın Hüquq və Azadlıqları Günüdür: “Ağrılı məğlubiyyətimiz və dövlətçiliyimizin çöküşü bir çoxunuz üçün şəxsi ağrı və faciədir. Müharibədə vəfat edənlərin analarına, arvadlarına, qızlarına və bacılarına borcluyuq. Yerablur hərbi panteonu vədlərimizin və Ermənistanın gələcəyinin təməl daşıdır”.

Bununla da Ermənistandakı revanşist müxalifət hətta ən əlamətdar gündə belə insanlardan sui-istifadə edərək onlardan erməni hökumətinə qarşı istifadə etmək planını ortaya qoyur.