Erməni nazir ATƏT sədri ilə müzakirə apardıbackend

Erməni nazir ATƏT sədri ilə müzakirə apardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan XİN başçısı Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüş keçirib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, görüş ATƏT Nazirlər Şurasının Polşanın Lodz şəhərində keçirilən 29-cu iclası çərçivəsində baş tutub.

Bildirilib ki, görüşdə Mirzoyanla Z.Rau regional təhlükəsizlik və stabillik məsələlərini müzakirə edib.

Qeyd olunub ki, həmçinin Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı Ermənistan tərəfinin mövqeyi ATƏT-in fəaliyyətdə olan sədrinin diqqətinə çatdırılıb.