Erməni nazir Azərbaycanın bu üstünlüklərini etiraf etdi: 4,6 milyard…backend

Erməni nazir Azərbaycanın bu üstünlüklərini etiraf etdi: 4,6 milyard…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hələ hərbi-sənaye kompleksində istehsal imkanlarını inkişaf etdirmək kimi bir problemi həll etməyib.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan bu gün jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, bu, xarici bazarlara nəzarət və giriş məsələsi ilə yanaşı, digər məsələlərə də aiddir və 2021-ci ildə ayrılmış 4,6 milyard dram da bu məqsədlərə yönəldilib.

A.Arşakyan yalnız silah istehsalına nail olmaq deyil, idarəetmə sistemləri də daxil olmaqla, sistemlər yaratmağın vacibliyini qeyd edib: “Bütün bunlar tez zamanda baş verməyəcək. “Azərbaycanın üstünlüyü həm də Türkiyə istehsalı sistemlərdən istifadə etməsində idi. Məsələn, “Bayraktar” PUA-sının yaradılmasına nə qədər vaxt və qaynaq sərf olunduğunu anlamaq vacibdir. Uzun müddət oxudular, müəssisələr qurdular, beynəlxalq əlaqələr yaratdılar”.

Nazir Azərbaycanın institusional proses qurmaq, bölmələr yaratmaq, şəxsi heyətə təlim vermək və cəbhə bölgəsinə silah tədarükünü təşkil etmək məsələlərində üstünlüyünü vurğulamaqdan çəkinməyib.

O, bu sahədə diaspora fərdləri və təşkilatların onlarla əməkdaşlıq etmək istəklərini etiraf edib.
Publika.az