Erməni nazir uğursuz PUA sınağına görə istefa ərizəsi yazıbbackend

Erməni nazir uğursuz PUA sınağına görə istefa ərizəsi yazıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda yerli pilotsuz uçuş aparatlarının (PUA) sınağı baş tutmadığı üçün ölkənin nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyan bu yaxınlarda istefaya göndəriləcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, A.Arşakyan artıq istefa ərizəsi yazıb və məsələ bir neçə günə öz həllini tapacaq.

“Müharibə zamanı çoxlu maraqlı hadisələr və uğursuzluqlar baş verib. Onları yavaş-yavaş öyrənəcəyik. Hökumətin bəzi məmurları döyüş zamanı təcrübə keçirməyə cəhd göstərib. Onlardan biri də nazir Akop Arşakyan olub. O, Gorusda PUA-nın sınağını keçirmək üçün özü ilə çoxlu sayda adam aparıb. O, PUA-nı kamera və insanların gözü qarşısında havaya qaldırsa da, bir neçə metr qalxdıqdan sonra PUA yerə düşüb. Məsələ ilə bağlı nazirlikdən şərh vermədiklərini bildiriblər”, – deyə xəbərdə qeyd olunub.