Erməni nazirin fırıldağı: Bir milyon dollar necə oğurlanıb?backend

Erməni nazirin fırıldağı: Bir milyon dollar necə oğurlanıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və təchizatçı şirkətin direktoru David Qalstyan həbs ediliblər.

NOCOMMENT xəbər verir ki, nlar xüsusi böyük məbləğdə dövlət vəsaitinin mənimsənilməsində şübhəli bilinirlər. Xəbəri Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) təsdiqləyib.

Adıçəkilən şəxslər Ermənistan Silahlı qüvvələrinin silahla təchizatı prosesi zamanı yüksək vəzifəli məmurların səlahiyyətindən sui-istifadəsi və xidməti saxtakarlığı üzrə açılmış cinayət işi çərçivəsində saxlanılıblar. Rəsmi məlumata görə, saxlananlar 2 milyard 277 milyon 323 min 849 dramın mənimsənilməsində, saxtakarlıqda, ictimai təhlükəli hərəkətlərin törədilməsində ittiham olunur. Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət olunub. MTX ölkənin silahlı qüvvələrinin bəzi keçmiş və indiki vəzifəlilərinı qarşı cinayət işi qaldırıldığını xəbər verir.

Xəbərə görə, Qalstyanın “Moston Engineering” şirkəti Müdafiə Nazirliyi ilə bağladığı kontrakta uyğun olaraq 2018-ci ildə ordunu toplar üçün uyğun kalibrli, 1983-1986-cı illər istehsalı mərmilərlə təmin etməliydi. Ancaq çatdırılan sursat 1977-ci ilin Çexiya istehsalı olub, texniki parametrlərinə kontraktda göstəriləndən geri qalıb, onlarla döyüş tapşırıqlarını yerinə yetirmək mümkün olmayıb. Beləliklə Qalstyan 1 milyon dollardan çox vəsaiti mənimsəyib.