backend

Erməni nəşri Azərbaycanlı ekoloqlardan yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlı kontingentinin Xankəndidən təxminən 7 kilometr aralıda yerləşən Xocalı qəsəbəsindəki qərargahında komandanlıq heyəti Azərbaycan tərəfinin nümayəndələri ilə görüşüb. 

Onlar ərazilərin istismarı və onun ekoloji nəticələri ilə bağlı vəziyyətin araşdırılması, habelə monitorinqi üçün göndərilmiş ekspertlərdir.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Erməni nəşri qeyd edib ki, Azərbaycan dekabrın 3-də Laçın dəhlizini bir neçə saat bağlamaqla bu məsələni gündəmə gətirib:

“Azərbaycanın hədəfi “Vallex” şirkətlər qrupuna daxil olan Xaçın (Seyidbəyli) mədən və emalı zavodudur. Hələ 2021-ci ildə Prezident Əliyev bildirmişdi ki, Azərbaycan Qarabağ ərazisində mədənləri işlədən şirkətlərdən təzminat tələb edəcək və məhkəməyə müraciət edəcək.

İndi Bakı konkret hərəkətlərə keçib ki, bu, Xankəndi üçün həm iqtisadi, həm də siyasi çağırışdır. Fotolardan görünür ki, görüşdə “Artsax Təhlükəsizlik Şurası”nın katibi Vitali Balasanyan da iştirak edib.