Erməni nəşri cəmiyyətin qara günlərini qələmə aldıbackend

Erməni nəşri cəmiyyətin qara günlərini qələmə aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həyatımızı mənfi cəhətdən yaşamağı öyrəndik. Hər gün çoxlu sayda mənfi məlumatlar, faciəli qəzalar, kədərli və xoşagəlməz hadisələr başımıza gəlir və biz onlara dözürük”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri ölkədəki xaos, cəmiyyətdəki ümidsizlik mövzunu davam etdirərək qeyd edir: “Əlbəttə, bu mənfiliklərin böyük bir hissəsi mediadan gəlir, amma jurnalistləri reallığımızın güzgüsü olmaqda günahlandırmaq düzgün olmazdı. Reallıqlar insanları məyus edir. Səhər tezdən media atışma xəbərləri dolub-daşır.

Ötən gün gənc qadını əri öldürüb. Daha sonra internetdə sevilən müğənni Ayk Akopyanın koronavirusa yoluxub sağlamlığının pisləşməsi ilə bağlı məlumatdan şoka düşdük. Bundan əlavə, polis 37 yaşlı bir qadının oğlu və 16 yaşlı qızı ilə 12 sentyabrdan bəri itkin düşdüyünü bildirib. Döyüş mövqelərində yenə də yaralımız var. Zərkənd (Kut) yaxınlığında daha bir hərbçimiz həlak olub.

Az sonra hüquq-mühafizə orqanlarının əməkdaşları kiber cinayət yolu ilə Şimal-Cənub magistral yolundan pulların mənimsənildiyini bildirib. Bu müddətdə başqa məlumatlar da aldıq. Gümüş (Karenis) kəndində bir vətəndaşın tövləsi içərisindəki bir neçə heyvan və qış üçün yığılmış bütün yemlə yanıb. Atçılıq təşkilatına təxminən 5 aydır ki, su verilmir və atlar susuzluqdan öldürülür”.

Sonda “Hraparak” yazır ki, Freedom House Təşkilatı, feysbuk istifadəçisinin Baş nazir Nikol Paşinyan haqqında təhqiramiz şərhlər yazmasına görə, açılan cinayət işindən narahat olduğunu bildirir və bunu “Ermənistandakı demokratik normalara açıq bir geriləmə” olaraq adlandırıb.