Erməni nəşri: Ya Paşinyan yalançıdır, ya da qərarı başqaları qəbul edirbackend

Erməni nəşri: Ya Paşinyan yalançıdır, ya da qərarı başqaları qəbul edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyan dünən deyib ki, Gorus-Qafan yolunun türklərin nəzarətinə keçən hissəsində Ermənistan vətəndaşlarına qarşı gömrük və sərhəd nəzarətinin həyata keçirilməməsinin qarşısını almaq olardı, lakin “bu, dəhlizlər bahasına başa gələrdi, bu isə bizim üçün qəbuledilməzdir”. Paşinyanın sözlərindən belə çıxır ki, seçim olmalıdır: ya dəhliz, ya da yolda keçid məntəqəsi”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.

Erməni nəşri mövzunu belə davam etdirib: “Qeyd edək ki, bundan bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi, ondan da əvvəl Rusiya Federasiyası Baş nazirinin müavini Overçuk demişdi ki, “yolların suverenliyi onlarınu keçəcəyi dövlətlərə məxsusdur”. Nikol Paşinyan isə Rusiya Federasiyasının bu mövqeyindən məmnunluğunu bildirib və qeyd edib ki, bu mövqe ilkin olaraq müəyyən edilib, Rusiya Federasiyası sadəcə olaraq bunu bir daha təsdiqləyir və Ermənistan heç vaxt dəhliz məntiqi ilə bağlı danışıqlar aparmayıb.

Bu halda, Paşinyanın dünənki bəyanatını necə başa düşmək olar: sərhəd və gömrük nəzarət məntəqələrinin yeri ilə bağlı fikir ayrılığı yaranardısa, bu, dəhliz məntiqi bahasına başa gələcəkdi? Ya Baş nazir yalan danışır ki, keçmişdə dəhliz məntiqi olmayıb, ya da çoxdan qərar qəbul etməyi dayandırıb və bizim əvəzimizə başqaları qərar verirlər. Onun sözləri havada boş vibrasiyasıdır və heç bir məna daşımır”.