Erməni nəşrindən SENSASİON İDDİA: Rusiya Qarabağa öz adamlarını yerləşdirirbackend

Erməni nəşrindən SENSASİON İDDİA: Rusiya Qarabağa öz adamlarını yerləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qarabağda yeni təxribata başlayır. Belə ki, 2022-ci ilin sonlarında Rusiya Qarabağda qondarma rejimin yeni seçkisini keçirməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ermənilərin “Hraparak” qəzeti yazır.

“Qarabağda bu ilin sonunda parlament və gələn ilin əvvəlində Rusiyanın dəstəyi ilə prezident seçkiləri keçirilicək. Amma bu dəfə Araik Aruthunyan və komandası olmayacaq. Çünki Rusiya burada öz adamlarını yerləşdirmək istəyir və buna başlayıb. Belə ki, Ağdərədə və Xocalıda vəzifəyə gətirilən adamlar sülhməramlıların təkidi ilə bu posta yerləşdirilib. Məhz Rusiyanın atdığı addımlardan biri mədəniyyət mərkəzlərinin yaradılması və təbliğatın işə salınmasıdır. Artıq Qarabağın Rusiyanın nəzarətində olması qaçılmazdır” – nəşr qeyd edib.