Erməni ombudsmanın Şurnuxda eksperimenti: Sərhəd anbarı yarıya böldü – FOTObackend

Erməni ombudsmanın Şurnuxda eksperimenti: Sərhəd anbarı yarıya böldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Qubadlı rayonu ilə həmsərhəd bölgədə yerləşən Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnux kəndinin bir hissəsi Azərbaycan ərazisinə düşüdüyü üçün bir-neçə gün əvvəl ordumuz tərəfindn nəzarətə götürülüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, dünən Ermənistanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Arman Tatoyan Şurnux kəndinə gələrək kənd sakinlərilə görüşüb.

Görüşdən sonra Tatoyan özünün feysbuk profilində maraqlı bir hadisədən xəbər verib. Belə ki, GPS və Google xəritələrin tətbiqindən sonra kənd sakini Stepan Movsisyana məxsus olan anbarın yarısı Azərbaycan ərazisinə, yarısı isə Ermənistan ərazisinə düşüb.

“Movsisyanın evi Ermənistana düşüb, amma yeni sərhəd anbarını yarıya bölüb. Özü də hər iki tikilinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Ermənistanın Kadastr Komitəsinin sertifikatları ilə təsdiq edilib. Eyni ərazidə bir neçə xəritə (virtual sistemlər) tətbiq etdik və hər biri fərqli nəticələr göstərdi. Üstəlik həm Movsisyanın evi, həm də bütün kənd Ermənistan ərazisi kimi göstərildi…”, – deyə ombudsman vurğulayıb.

Arman Tatoyanın paylaşdığı fotolardan belə görünür ki, üzərində “Azərbaycan Respublikası Qubadlı rayonunu Şurnux kəndi” yazılan lövhə Movsesyanın anbarının qarşısında yerləşdirilib.