Erməni polisi rus dilini öyrənirbackend

Erməni polisi rus dilini öyrənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın MDB İşləri üzrə Federal Agentliyinin Ermənistandakı Nümayəndəliyi Qafan şəhər polisi üçün pulsuz rus dili kursları təşkil edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu məlumatı İrəvandakı Rus Evinin mətbuat xidməti yayıb Məlumata görə, təntənəli açılış mərasimində Zəngəzur (Sünik) vilayətinin polis rəisi Aleksandr Mamikonyan və Qafan polis şəbəsinin rəisi Ara Davtyan iştirak ediblər.

“Erməni polisi bu cür kurslara ehtiyac duyur. Polisin bilik səviyyəsini artırmaq, rus dilini daha dərindən öyrənmək üçün imkan yaradılması çox vacibdir. Məqsəd isə rus sərhədçilərlə daha asan ünsiyyətdir”, – deyə Mamikonyan bildirib.