Erməni politoloq: Azərbaycana uduzuruq, yalnız bir ümidimiz var…backend

Erməni politoloq: Azərbaycana uduzuruq, yalnız bir ümidimiz var…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülh müqaviləsinə dair həm Qərb, həm də Rusiya variantı Azərbaycanın maraqlarına uyğundur”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Hrant Mikaelyan deyib.

Ekspert Azərbaycanın Ermənistan qarşısında həm diplomatik, həm də hərbi meydanda Ermənistandan üstün olduğunu etiraf edib: “Bu mərhələdəki danışıqlara gəlincə, təəssüf ki, Ermənistan hakimiyyətinin tam diplomatik məğlubiyyətini qeyd etməliyik. Söhbət xüsusilə son iki ildən gedir. Azərbaycan həm Rusiya, həm də Qərbin vasitəçiliyi ilə əlverişli mətni danışıqlar masasına gətirə bilib. Nəticədə Azərbaycanın bu gün böyük üstünlüyü var və heç bir variantın imzalanmaması Ermənistan üçün faydalı olacaq”.

Mikaelyan Qərb və Rusiya arasında Cənubi Qafqaz uğrunda mübarizənin qızışdığını da söyləyib.