Erməni politoloq: Gec-tez Zəngəzur dəhlizi olacaqbackend

Erməni politoloq: Gec-tez Zəngəzur dəhlizi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibədəki məğlubiyyətdən sonra Ermənistana təzyiqlər növbəti mərhələyə keçir. Təzyiq güclüdür, möhkəmlənir. Ümumiyyətlə, azərbaycanlıların, türklərin istədiyi budur, amma biz Azərbaycandan Türkiyəyə gedən yoldan danışırıq, niyə bu problemi sözlə ört-basdır edirik. ATƏT-in Minsk qrupunun hər üç həmsədrinin, ən əsası isə Rusiyanın istədiyi budur. Bu baxımdan Ermənistana təzyiq də ürəkaçan deyil”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan 24news.am-a müsahibəsində bildirib.

O, regionda yolların və kommunikasiyaların açılması prosesi ətrafında cərəyan edən proseslərlə bağlı fikirlərini bölüşüb.

Politoloq vurğulayıb ki, bu proseslərdə termin və sözlər həlledici rol oynamır və siyasi diskursda aydın terminlərin yoxluğu vəziyyəti dəyişmir.

“Termin mübarizəsi, söz mübarizəsi var. İstədiyiniz kimi adlandırın – dəhliz, yol, hətta cığır. Söhbət Azərbaycandan Türkiyəyə Ermənistan ərazisindən keçən, təhlükəsizliyini qeyri-ermənilərin həyata keçirəcəyi yerüstü keçiddən gedir. Prinsipcə, dünya praktikasında belə yerüstü keçidlərə “dəhliz” deyilir. Cəhənnəmə ki, nə olur-olsun, ona dəhliz deyilməsin, amma söhbət məhz bundan gedir”, – deyə Aleksandr vurğulayıb.

Onun fikrincə, əslində, məsələ artıq həll olunub, hazırda texniki problemlər müzakirə olunur: “Artıq texniki problemlərdən danışırıq: necə tikiləcək, kim tikəcək, rüsum nə qədər olacaq və s. Mən bu yaxınlarda konfransda çıxış etdim, eyni şeyi dedim, onlar da məndən soruşdular ki, siz necə deyirsiniz, məsələ praktiki olaraq həll olunub, rəsmi açıqlamalar olubmu? Onlarca olub. Adamlar deyəndə ki, Ordubada yol açacağıq və s. dəhlizdən-filandan bir kəlmə də danışmırlar, gec-tez bu olacaq”.