Erməni politoloq: Məğlub Ermənistan Azərbaycan üçün güclü kartdırbackend

Erməni politoloq: Məğlub Ermənistan Azərbaycan üçün güclü kartdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın nə istədiyini heç kim bilmir”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu sözləri “Alternativ Layihələr Qrupu”nun üzvü Vaqe Ovannisyan özünün feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistanda müharibədən sonrakı mərhələ tamamilə fərqli bir məntiqi – böyük həcmli daxili dəyişikliklərin keyfiyyətini nəzərdə tutur: “İlk növbədə, daxili gündəmdə olan kəskin dəyişiklikdə müstəsna olaraq hesablanmış vəziyyətlərə uyğun savadlı addımlar ataraq yaradılmış reallıqlara uyğunlaşmalıyıq.

Sürətli daxili və dərin dəyişikliklər yeni xarici müttəfiqlər tapmağa imkan verəcək. Əks halda, 2018-ci ildə başlayan və bu günə qədər davam edən strateji tənhalıq davam edəcək. Özümüzə sual verməliyik, ki, Ermənistanın növbəti hökuməti xalqa mühairbənin necə baş verdiyini izah etməlidir.

Ermənistan hakimiyyəti vəziyyəti sakitləşdirmək üçün müharibədən sonrakı mərhələyə qədəm qoymalı, problem və proqramlarını formalaşdırmalı, həmin proqramların həyata keçirilməsi üçün əzmlə çalışmalıdır. Bu gün Azərbaycan, Türkiyə, Rusiya, İran, Aİ və ABŞ-ın bizdən nə istədiyini hamı bilir, amma Ermənistanın nə istədiyini heç kim bilmir. Bu cəfəngiyyatdır. Çünki yeni gündəm hazırlamaq cəhdi olmayıb… Məğlub və alçaldılmış Ermənistan dövləti daxili sabitlik, regionda öz qüdrətini artıran Azərbaycan üçün güclü kartdır”.