Erməni pripiskası: Ermənilər 55 min, ruslar 23,5 min deyirbackend

Erməni pripiskası: Ermənilər 55 min, ruslar 23,5 min deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiyə qədər Qarabağa 55 min nəfər qayıdıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Qarabağdakı separatçı-terrorçuların nümayəndəsi Jirayr Mirzoyan deyib.

O, Rusiyanın açıqladığı rəqəmlərlə bağlı yaranan fərqə də aydınlıq gətirib. Onun sözlərinə görə, Qarabağa əksəriyyət Vardenis-Kəlbəcər yolu bağlanana qədər öz şəxsi nəqliyyat vasitələri ilə qayıdıb. Burada Rusiya sülhməramlıları olmadığına görə onların qeydiyyatının aparılmadığını da iddia edib.

Qeyd edək ki, Rusiyanın açıqlamasına görə, indiyə qədər Qarabağa 23 514 erməni qayıdıb.

Maraqlı məqam odur ki, Kəlbəcər-Vardenis yolunun bir hissəsi müharibənin ilk günlərindən Azərbaycan Ordusunun nəzarətində olub. Bu yol müharibə dövründə tam qapalı qalıb. Atəşkəsdən sonra isə bu yol ermənilərin Kəlbəcər və Ağdamdan çıxması üçün istifadə edilib.

Kəlbəcər-Vardenis yolundan istifadə etməklə əvvəlcə Xankəndiyə, daha sonra isə digər bölgələrə giriş-çıxış 10 noyabrdan sonrakı müddət ərzində tam olaraq Rusiya sülhməramlılarının nəzarətinə keçib. Ermənilərin yalnız Xankəndiyə, üstəlik birbaşa Rusiya sülhməramlılarının himayəsi altında geri döndüyü nəzərə alınarsa, o zaman Mirzoyanın təqdim etdiyi statistikaya ciddi şübhə yaranır.

Xatırladaq ki, ermənilər bacardıqca qayıdanların sayını şişirdərək, pripiska aparırlar.