Erməni prokuror: Qızıl mədənini Azərbaycana verməklə Ermənistan 3 kilometrlik ərazi itirirbackend

Erməni prokuror: Qızıl mədənini Azərbaycana verməklə Ermənistan 3 kilometrlik ərazi itirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda texnika və işçilər Zod qızıl mədənindən çixarılır”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Şirak vilayətinin keçmiş prokuroru Raffi Aslanyan deyib. O əlavə edib ki, Zod mədəni Azərbaycana verməklə Ermənistanın təxminən 3 kilometrlik ərazisi itirilir.

“Dekabrın 1-də Laçının təhvil verilməsindən sonra güman ki, düşmən bizə Gorus-Qafan yolundan istifadə etməyimizə icazə verməyəcək. Hökumətimiz də başını aşağı salaraq bütün bunları sükutla izləyəcək. Bütün bunlara görə kim cavab verəcək? Bəyanat imzalanarkən niyə sərhədlər dəqiq şəkildə müəyyənləşdirməyib? Bütün bunlardan sonra Nikol Paşinyanın gələcək fəaliyyətinin milli maraqlarla uyğunsuzluq təşkil etdiyini dərk etməyənlərin milli mənşəyi mütləq yoxlanılmalıdır”, – deyə keçmiş prokuror vurğulayıb.