Erməni qadın: Paşinyan, sənin oğlun kimi, mənimki də sağ olmalı idibackend

Erməni qadın: Paşinyan, sənin oğlun kimi, mənimki də sağ olmalı idi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı Yerevanda ötən gün keçirilən matəm yürüşü zamanı oğullarını müharibədə itirmiş analardan biri baş nazir Nikol Paşinyana iradlarını bildirib.

Bu barədə NOCOMMENT Ermənistan mətbuatına istinadən xəbər verir.

“Sən niyə mənim yeganə oğlumu aldın? Mənim yuvam dağılıb. Mən səndən xahiş edirəm, məni qəbul et. Nikol, mənim oğlum, səninki kimi, burada olmalı idi, amma o qəbirdədir”, – deyə qadın bildirib.

Həlak olmuş hərbi qulluqçunun anası Paşinyana xəbərdarlıq edərək bildirib ki, əgər baş nazir onu qəbul etməsə, qadın intihar edəcək.

“O mənim yeganə övladım idi. Mənim hətta evim də yoxdur, mən hər şeyi itirdim: övladımı və evimi”, – deyə o əlavə edib.

Paşinyan qadına heç bir cavab verməyib.