Erməni qadınlar Paşinyanın təbrikini qəbul etmədilərbackend

Erməni qadınlar Paşinyanın təbrikini qəbul etmədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın 8 mart təbriki erməni qadınlar tərəfindən birmənalı qarşılanmayıb.

NOCOMMENT virtualaz.org-a istinadən xəbər verir ki, hökumətin rəsmi feysbuk səhifəsində paylaşılan təbrik postuna çoxlu sayda neqativ şərhlər gəlib. Ən çox diqqət çəkən məqam müharibədə öldürülmüş əsgər analarının fikirləri olub.

Qarabağda ölmüş əsgər Mxitar Qaleyanın anası – “mən təbrikləri qəbul etmirəm, oğlumun qatili”, – deyə şərh yazıb.

“Hakimiyyətdən get, Ermənistanı rahat burax. Bax, bu, hamımıza bir hədiyyə olacaq”, – deyən erməni qadınlardan daha biri Paşinyanın təbrikinə etiraz edib.