Ermənistanın müdafiə naziri Suren Papikyan qadınları orduya qoşulmağa çağırıb.
NOCOMMENT.az-ın xəbərinə görə, Papikyan bildirib ki, təxminən 70 faiz çağırış yaşında olan erməni qadınlar xidmətə, əsasən zabit vəzifələrində davam etmək istəyir
O, gənc qızları və onların valideynlərini qadınların hərbi xidmətə münasibətini yenidən gözdən keçirməyə çağırıb.
Onun sözlərinə görə, könüllü çağırış tempi hələ də aşağıdır, lakin qadınların cəlb edilməsi proqramını uğursuz saymaq olmaz.
Nazir xidmət müddətinin azaldılmasını əsas islahatlardan biri kimi vurğulayıb və 2025-ci ildə çağırışın 2023-cü illə müqayisədə 19 faiz artdığını bildirib.
Sara









