Erməni rejissor həddini aşdı: Azərbaycanın qaz kəmərini vurmadınızbackend

Erməni rejissor həddini aşdı: Azərbaycanın qaz kəmərini vurmadınız

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Niyə 44 gün ərzində Azərbaycanın qaz kəmərini, neft quyularını vurmadınız?”

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu sözləri erməni prodüser, rejissor Ruben Mxitaryan özünün feysbuk səhifəsində yazıb.

O, Ukrayna ordusunun Rusiyaya məxsus neft platformasına zərbə endirməsindən sonra Paşinyan iqtidarını 44 günlük müharibədə Azərbaycanın neft və qaz kəmərlərini vurmamaqda ittiham edib: “Bu gün Ukrayna Krım yaxınlığında Rusiyanın neft platformasını vurub. Platforma dağılıb, 7 nəfər itkin düşüb.

Hökumətə səslənirəm, niyə 44 gün ərzində Azərbaycanın qaz kəmərini, neft quyularını vurmadınız. Səbəb nə idi?!”