Erməni rəsmilərin Qarabağa səfərlərinə Rusiyadan MÜNASİBƏTbackend

Erməni rəsmilərin Qarabağa səfərlərinə Rusiyadan MÜNASİBƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva, Bakı və İrəvan arasında 9 Noyabr 2020-ci il tarixli müqavilələrdə tərəflər Rusiya sülhməramlılarının nəzarətində olacaq Laçın dəhlizinin Ermənistanla Dağlıq Qarabağ arasında əlaqəni təmin etməsi barədə razılığa gəliblər”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Sergey Lavrov Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransında açıqlamasında bildirib.

“Heç kim heç vaxt Ermənistanın Qarabağla əlaqəsini inkar etməyib, danışıqların bütün onillikləri ərzində heç vaxt Ermənistan və Qarabağın əlaqəsinin kəsilməsi məsələsi olmayıb. Buna görə Laçın dəhlizi bir konsepsiya olaraq heç kim tərəfindən rədd edilməyib və bu, Azərbaycan qonşularımız da daxil olmaqla tərəflərin razılıq predmetidir”, – deyə Lavrov qeyd edib.