Erməni rəssamın Xudavəng arzusu baş tutmadı – Ordumuz mane oldubackend

Erməni rəssamın Xudavəng arzusu baş tutmadı – Ordumuz mane oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni rəssam Janna Xlqatyanın 1994-cü ildə çəkdiyi “Cəhənnəmin məhvi” adlı ikonasını Kəlbəcərdəki Xudavəng monastırına quraşdırmaq üçün Qarabağa göndərib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Sputnik Armenia məlumat yayıb.

Mənbə bildirib ki, əsərini böyük həvəslə Qarabağa göndərən rəssamın kətanı Xudavəngə çatmayıb, çünki Azərbaycan hərbçiləri fevralın 7-də Rusiya sülhməramlılarının müşayiəti ilə monastıra getmək istəyən ermənilərə məbədə girməнə icazə verməyibдэк.

Rəssamın bu xəbərə təəccüblə reaksiya verdiyi bildirilib.

Mənbə vurğulayıb ki, razılaşmaya görə, Rusiya hərbçilərinin müşayiəti ilə erməni zəvvarlar monastıra gedə bilərlər. Amma bu dəfə baş verənlər barədə Sputnik Armenia-nın müvafiq sorğusunu nə Ermənistan, nə də Rusiya tərəfi cavablandırıb.

Qeyd edək ki, Jana Xlqatyan bundan əvvəl Şuşa şəhərindəki Qazançı kilsəsi üçün dini bayraq. O, bayrağı ötən il noyabrın 10-da Şuşadakı kilsəyə qoydurmaq istəsə də, bu istəyi də baş tutmamışdı. Çünki Şuşa artıq işğaldan azad edilmiş və Azərbaycan ordusunun nəzarətinə qaytarılmışdı.