Erməni soyqırımı hələ bitməyib- Baronessabackend

Erməni soyqırımı hələ bitməyib- Baronessa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan təcrid olunub, onun ciddi beynəlxalq dəstəyi yoxdur və ölkə üçün çox təhlükəli ola biləcək proseslər içərisindədir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə cümə günü İrəvanda keçirilən mətbuat konfransında Böyük Britaniyanın Lordlar Palatasının üzvü baronessa Karolin Koks bildirib.

Koksun sözlərinə görə Ermənistanın ən yaxın müttəfiqləri belə erməni xalqının əzablarına cavab verməkdə aciz qalıb.

O erməni soyqırımının bitmədiyini, soyqırıma son qoymaq istəyənlərin də, istəməyənlərin də dayandıra bilməyənlərin də olduğunu bildirib.

Koks qeyd edib ki, Dağlıq Qarabağa edilənin bir müddət sonra Ermənistana da edilməsi mümkündür. “Ermənistan və Azərbaycan tərəfindən müzakirə edilən sülh sazişinin imzalanması nəticəsində Qarabağ Azərbaycana verilərsə, bu sənəd daimi sülhə zəmanət verməyəcək, çünki Azərbaycan prezidenti Əliyev Ermənistanı Azərbaycanın bir hissəsi kimi görür.