Erməni spiker KTMT-ni ittiham etdibackend

Erməni spiker KTMT-ni ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi-siyasi struktur olduğu üçün bizim gözləntilərimiz hərbi yardımla birlikdə Ermənistana siyasi dəstəyin verilməsidir. Lakin KTMT-nin Ermənistana siyasi dəstəyi yetərsizdir, bizim ümidlərmizi doğrultmadı. Ona görə də sammitin bəyanatını imzalamamaq barədə qərar qəbul edildi”.

NOCOMMENT “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT-nin İrəvanda keçirilən sammiti ilə bağlı jurnalistlərin sualına cavabında bildirib.

“Əgər doğrultsa idi, onda bəyannaməni imzlayardıq”, – A.Simonyan qeyd edib.

O, Ermənistanın bu təşkilatda qalıb-qalmayacağı ilə bağlı suala cavabında bildirib ki, belə bəyanat verməyiblər:

“Ancaq KTMT-nin regiondan çıxmasından narahat olduğumuzu bildirmişik”.

Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilib. Ermənistanın Baş naziri Nikol Paşinyan toplantının yekun bəyannaməsini imzalamaqdan imtina edib.