Erməni spikerin qardaşı arvadı barəsində cinayət işinin icraatı dayandırılıbbackend

Erməni spikerin qardaşı arvadı barəsində cinayət işinin icraatı dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Parlamentinin spikeri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyan barəsində başlanmış cinayət işi üzrə icraat dayandırılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, buna səbəb Ani Gevorkyanın istintaq dövründə günahını səmimi etiraf etməsi və törətdiyi əməldən peşman olduğunu bildirməsidir.

Ermənistanın Baş Prokurorluğunun açıqlamasında deyilir ki, 20 may 2024-cü il tarixində Ani Gevorkyanın cinayət işi üzrə icraat dayandırılıb. 17, 23, 27 və 29 may tarixlərində həmin cinayət işində adları keçən digər şəxslər barəsində də eyni qərarlar qəbul edilib.

Qeyd edək ki, “Synergy” şirkətinin əməkdaşı olan Ani Gevorkyan və Ermənistanın İqtisadiyyat Nazirliyinin 7 əməkdaşı İqtisadiyyat Nazirliyində korrupsiya faktları ilə bağlı bu ilin əvvəlində saxlanılmışdı.