Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov ermənilərin təhdidlərinə məruz qalıb.
NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) öz tvitter hesabında səfirimizə qarşı nifrət aşılayan kampaniyaya başlayıb.
ANCA paylaşımlarında nifrət və təhdidlər yağdırır, səfiri müharibə cinayətlərində ittiham edirlər. Komitənin bu addımından cəsarətlənən ermənilər də təhdid və təhqir dolu postlar yayımlamaqdan çəkinmirlər. Hətta onlardan biri səfiri ASALA ilə təhdid etməkdən çəkinməyib.