Erməni vandalizminə məruz qalmış ziyarətgah – Videobackend

Erməni vandalizminə məruz qalmış ziyarətgah – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xalq ədəbiyyatında bayatı ustadı kimi şöhrət qazanmış Sarı Aşığın məzarı erməni vandalizminə məruz qalıb.

NOCOMMENT.az Baku TV-yə istinadən xəbər verir ki, bir vaxtlar ziyarətgaha çevrilmiş abidə torpaqlarımızın işğalından sonra ermənilər tərəfindən dağıdılaraq tamamilə məhv edilib.

Qeyd edək ki, Sarı Aşığın doğum və ölüm tarixləri məlum olmasa da, XVII əsrdə Laçın rayonu, Həkəri çayının sağ sahilində Qaradağlı kəndində yaşadığı və rayonun Güləbird kəndində dəfn olunduğu bildirilir.

Aşıq haqqında ilk məlumatı Həsənəli xan Qaradağlı verib.

Məzar daşındakı şəkli onun xəyali təsviridir. Məzarının üzərində türbə də ucaldılıb.

1989-cu ildə Güləbird kəndində aşığın xatirə muzeyi açılıb və rayonun işğalından sonra 1993-cü ildə muzey və eksponatlar dağıdılıb.

Onu da qeyd edək ki, Sarı Aşığın könül verdiyi Yaxşı adlı xanımın nəşi İkinci Qarabağ müharibəsindən sonra torpağa tapşırıldığı yerdən çıxarılaraq ustadın məzarı yanında dəfn edilib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik: