Erməni xalqı ordu ətrafında birləşir – Vətəndaş müharibəsinə doğru…backend

Erməni xalqı ordu ətrafında birləşir – Vətəndaş müharibəsinə doğru…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın lideri olduğu Respublika Partiyası vətəndaşları Ermənistan ordusu ətrafında birləşməyə və 1 martda İrəvanda keçiriləcək müxalifət mitinqində iştirak etməyə çağırıb.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, bu barədə partiyanın saytında yayımlanan bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, ölkənin siyasi rəhbərliyi ordunu məhv etməyə çalışır.

Qeyd edək ki, yerli vaxtla saat 18:00-da İrəvanın Baqramyan prospektində müxalifət tərəfdarlarının genişmiqyaslı mitinqi gözlənilir. Eyni vaxtda baş nazir Nikol Paşinyan da Respublika Meydanında tərəfdarlarını toplayacaq.