“Erməni xalqı soyqırımla təhdid edilir”- Con Ebnerbackend

“Erməni xalqı soyqırımla təhdid edilir”- Con Ebner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq birlik, fövqəldövlətlər bütöv bir xalqın Dağlıq Qarabağdan çıxarılmasını planlaşdırır, hazırlıqlar bunun üçündür”

NOCOMMENT.az xəbər verir ki, bu barədə Xristian Həmrəyliyi Beynəlxalq Hüquq Müdafiə Təşkilatının prezidenti Con Ebner cümə günü Ermənistanda keçirdiyi mətbuat konfransında bildirib.

Ebnerin sözlərinə görə, fövqəldövlətlər xalqın öz müqəddəratını təyinetmə hüququnu gündəmdən çıxarıb. “ABŞ Laçın dəhlizi ilə Ağdam yolunun eyni vaxtda açılmasından danışır. Bəs Dağlıq Qarabağdakı aclığı nəzərə alaraq həmin iki yol eyni vaxtda açılsa, nə baş verəcək? Xalq nə ilə üzləşəcək?”

O əlavə edib ki, 2020-ci ildə 44 günlük müharibə zamanı on minlərlə insan uyğun şərait olmadığı üçün Dağlıq Qarabağı tərk edib, lakin onların bəziləri sonradan bunun təhlükəsiz olacağını və Rusiyanın himayəsində olacaqlarını düşünərək geri qayıdıblar. “Amma indi Rusiyadan o dəstək yoxdur və təsəvvür etmək mümkün deyil ki, xalq Azərbaycanın rəhbərliyi altında olarsa, Dağlıq Qarabağa qayıda bilər”.

Ebner sonda bildirib ki, bu gün ermənilərin Dağlıq Qarabağdan mühacirətinə nail olmaq üçün diplomatik sahədə müharibə aparılır. “Bu günlərdə Azərbaycan prezidentinin nümayəndəsi bildirib ki, separatçı qruplar öz xalqını girov saxlamaqda davam edərsə, soyqırım baş verə bilər. Bu açıq şəkildə təhdiddir. Üstəlik, fövqəldövlətlər sanki Azərbaycanı dəstəkləyirlər”.