Erməni yük maşınları Gürcüstandan çıxa bilmir – 10 günlük tıxacbackend

Erməni yük maşınları Gürcüstandan çıxa bilmir – 10 günlük tıxac

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya tərəfi Lars hissəsindəki yolun genişləndirilməsi işlərinə başlayıb. Tikinti işləri olduqca fəal şəkildə aparılır”.

NOCOMMENT yenisabahə istinadən xəbər verib ki, bunu Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sonna Arutyunyan bildirib.

Qeyd edək ki, Ermənistan yük maşınları təxminən 10 gündür Lars yolunda dayanır.

“Nazirlik problemin fərqindədir. Gün ərzində bir neçə yük maşını yoldan keçir. Nazirlik, tez xarab olan malları daşıyan yük maşınlarına üstünlük vermək üçün konsulluqla fəal işləyir”, – deyən Sonna Arutyunyanın sözlərinə görə, tikinti işləri 2023-cü ilə qədər davam edəcək.

Xatırladaq ki, Gürcüstan hakimiyyət orqanları Ermənistandan gələn yük maşınlarının Larsdan keçməsinə icazə vermir.