Erməni zabit Şuşa uğrundakı son döyüşlərdən yeni kadrlar yaydı…-VİDEObackend

Erməni zabit Şuşa uğrundakı son döyüşlərdən yeni kadrlar yaydı…-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sosial şəbəkələrin erməni seqmentində 44 günlük savaşın son günlərində Şuşa uğrunda Azərbaycan ordusunun qələbəsi ilə nəticələnmiş döyüşlərdən yeni kadrlar paylaşılıb.
NOCOMMENT.az xəbər verir ki, həmin video-görüntüləri “Vəng” batalyonu komandirinin müavini Vaan Mejlumyan yayıb.
Bu kadrları yaymaqda erməni zabitin məqsədi  guya  “Vəng” batalyonunun Şuşa uğrunda gedən döyüşlərdə iştirakdan yayınmadığını sübut etməkdir. V.Mejlumyan  bununla Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyanın sözügedən batalyonun  döyüş meydanından qaçması haqdakı çıxışına cavab vermək istəyib. Halbuki, videodan aydın görünür ki, çəkilişin aparıldığı erməni postu Şuşadan xeyli uzaqdadır…
Moderator.az