Erməniəsilli mülki şəxsi Ermənistana təhvil verilibbackend

Erməniəsilli mülki şəxsi Ermənistana təhvil verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan erməniəsilli mülki şəxsi Ermənistana təhvil verib.

NOCOMMENT xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

“Bu gün bir nəfər erməniəsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub. Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib. Qeyd edək ki, cari il noyabrın 26-da daha bir erməniəsilli mülki şəxs qarşı tərəfə qaytarılıb”, – deyə məlumatda vurğulanıb.

İrəvan təsdiq edib ki, bu gün səhər Əsgəran rayonu Ayaslı kənd sakini Armen Abrikoviç Verdyan geri qaytarılıb.