Ermənilər “Amazon”da  da məğlub oldu: Planlaşdırılan tədbir ləğv edildibackend

Ermənilər “Amazon”da da məğlub oldu: Planlaşdırılan tədbir ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ordusunun cəbhədə qazandığı uğurlar Ermənistanı çaşqın vəziyyətə salıb. İşğalçı ölkənin rəhbərliyi bütün cəhdlərdən istifadə etməklə xilas yolu axtarmaqdadır. Döyüş cəhbəsində və diplomatik masada məğlub olan düşmən dünyanın müxtəlif ölkələrində erməni diasporunun gücündən istifadə etməklə özünü məzlum kimi göstərmək istəyir.

Növbəti belə cəhdin ABŞ-da, dünyanın ən böyük şirkətlərindən olan “Amazon”da edilməsinə cəhd edilib.

NOCOMMENT.az xəbər verir ki, şirkətdə çalışan adının açıqlanmasını istəməyən azərbaycanlının Modern.az-a verdiyi məlumata görə, ermənilərin bu cəhdinin qarşısı alınıb.

“Amazon” şirkətində çalışan erməni əməkdaşların təşkilatciligi ilə “Arsax həqiqətləri” ilə bağlı oktyabrın 12-də onlayn tədbir keçirilməsini planlaşdırılmışdı. Bununla bağlı tədbirin elanından sonra azərbaycanlı işçilər etirazlarını bildirərək tədbirin bloklanması ucun şirkətin rəsmilərinə məktub göndərib. Məktubda Azərbaycan həqiqətləri ilə bağlı məlumat da verilib. Bundan sonra azərbaycanlıların müraciətinə baxan rəhbərlik erməni əməkdaşların təşəbbüsünə razılıq verməyib. Bununla da ermənilərin növbəti etiraz təşəbbüsü reallaşmayıb”,- deyə “Amazon” əməkdaşı qeyd edib.

Qeyd edək ki, ermənilərin etiraz tədbirinin ləğv edilməsində “Amazon”un türk əməkdaşları da azərbaycanlılarla həmrəylik nümayiş etdirib.